DÜNYA
İranın Mazandaran əyalətində şiddətli yağışlar daha 2 nəfərin həyatına son qoyub
Tehran, 6 oktyabr AZƏRTAC.
İranın şimalındakı Mazandaran əyalətində yağan şiddətli yağışlar nəticəsində yaranan sel daha 2 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin təcili tibbi yardım mərkəzi məlumat yayıb.
Yerli mətbuat yazır ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb və əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi, telefon rabitəsi kəsilib, məktəblər bağlanıb. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib. Hadisə yerində çalışan müvafiq strukturların əməkdaşları insanları təxliyə edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]