DÜNYA


İranın Mazandaran vilayətinə 50 milyon dollar həcmində ziyan dəyib

Tehran, 9 oktyabr, AZƏRTAC

Güclü yağışlar nəticəsində yaranan sel İranın Mazandaran vilayətinə 50 milyon dollar həcmində ziyan vurub.

AZƏRTAC İRNA agentliyinə istinadən xəbər verir ki, bunu Mazandaran vilayətinin rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, vilayətin yolları sıradan çıxıb, 82 mənzil tamamilə dağılıb, 2650 mənzilə isə ciddi ziyan dəyib. Vilayətdə bərpa işləri aparılır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.