DÜNYA


İranın Sərhəd Mühafizə Xidmətinə məxsus helikopter qəzaya uğrayıb

Tehran, 10 aprel, AZƏRTAC

Bu gün səhər saatlarında İranın Sərhəd Mühafizə Xidmətinə məxsus olan helikopter İran-Türkiyə sərhədində müşahidə uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, qəza İranın Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Urmiya şəhərinin yaxınlığında baş verib.

Qərbi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Əli Mustofavi mətbuat nümayəndələrinə bildirib ki, qəza zamanı helikopterdə 9 nəfər olub. Onlardan 1-i həlak olub, 8-i isə yaralanıb. Yaralıların vəziyyəti sabitdir.

Hadisə yerinə gələn mütəxəssislər qəzanın səbəblərini müəyyənləşdirməyə çalışırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.