DÜNYA


İranın Urmiya şəhərində ağıllı aptek açılıb

Tehran, 1 dekabr, AZƏRTAC

İranın Urmiya şəhərində ilk dəfə olaraq “Tədbir” adlı ağıllı aptek istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, aptekdə satıcıları robot əvəz edir. Dərman almaq istəyən aptekə daxil olur və həkimin yazdığı resepti robota verir. Robot isə reseptin sürətini çıxararaq yaddaşına ötürür və rəflərdən reseptdə göstərilən dərmanları seçir paketləyir və alıcıya təqdim edir. Mütəxəssislər hesab edirlər ki, bu robot insandan fərqli olaraq müştəriyə yanlış dərman verə bilməz.

Bununla yanaşı, aptekdə qurulmuş sistemə görə həkim resepti pasiyentə yox birbaşa elektron vasitələrlə apteki göndərə bilər. Ağıllı aptek isə həkimin göndərdiyi reseptdəki dərmanları robot vasitəsilə tapır və paketləyir. Pasiyent isə həkimdən birbaşa aptekə gəlir və vaxt itirmədən paketlənmiş dərmanları alır.

Aptekdə laboratoriyada fəaliyyət göstərir ki, burada da elektron vasitə ilə göndərilən reseptdə uyğun olaraq dərman hazırlanır. Resepti qəbul edən robot orada göstərilən dərmanın hazırlanmalı olduğunu müəyyən edir və laboratoriyaya siqnal verir. Dərman hazır olduqdan sonra isə robot onu paketləyib müştəriyə təqdim edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.