DÜNYA


İranın hərbi sənaye kompleksinin istehsalı olan yeni texnika nümayiş etdirilib

Tehran, 20 sentyabr, AZƏRTAC

İranın müdafiə sənayesinin istehsalı olan yeni texniki vasitələr nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Səlaminin iştirak etdiyi tədbirdə yeni minaaxtaran və zərərləşdirən robort-maşınlar təqdim olunub.

General bildirib ki, bu texnikalar ərazidə gizlədilən minaları aşkarlayıb zərərsizləşdirmək imkanına malikdir. “Raad-1” adı verilən robot-maşın yeni nəsil minaları da aşkarlayıb zərərləşdirə bilir.

H.Salam qeyd edib ki, İranın müdafiə sənayesi kompleksi son illər sürətli inkişaf yolu keçib. Bu gün İranın müdafiəsi üçün lazım olan bütün hərbi avadanlıq ölkədə istehsal edilir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.