MƏDƏNİYYƏT
İranın mədəniyyət və islam irşad naziri Azərbaycana gələcək
Tehran, 8 iyun, AZƏRTAC
İranın mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehi iyunun 27-də Azərbaycana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, nazir iyunun 27-dən iyulun 1-dək Bakıda İran Mədəniyyəti Həftəsinin keçirilməsi ilə əlaqədar mərasimdə iştirak edəcək. Həmçinin Seyid Abbas Salehinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Mədəniyyət günlərində İranın Hormozqan vilayətindən teatr qrupu, Buşehrdən Liyan ənənəvi musiqi qrupu da iştirak edəcək.
İranın mədəniyyət və islam irşad naziri Azərbaycana böyük nümayəndə heyəti ilə gələcək. Nümayəndə heyətinə İranın mədəniyyət xadimləri, tanınmış kinoaktyorları və yazıçıları daxildir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]