MƏDƏNİYYƏT


İranın məşhur dirijoru Musiqili Teatrda çıxış edəcək

Bakı, 18 fevral, AZƏRTAC

İran İslam Respublikasının tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova AZƏRTAC-a bildirib ki, “O olmasın, bu olsun” tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, “Arşın mal alan” isə martın 22-si və 25-də saat 19:00-da göstəriləcək.

Səhnə əsərlərinin təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.