DÜNYA


İranın neft ixracına yönələn sanksiyalar Koreya Respublikasının iqtisadiyyatına mənfi təsir göstərəcək

İranın neft ixracına yönələn sanksiyalar Koreya Respublikasının iqtisadiyyatına mənfi təsir göstərəcək

Bakı, 28 sentyabr, AZƏRTAC

İranın neft ixracına yönələn sanksiyaların Koreya Respublikasının iqtisadiyyatına mənfi təsirləri olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının xarici işlər nazirinin müavini Yun Kang-Hyeo deyib.

“Ölkə iqtisadiyyatı neft idxalından asılıdır. İranın neft ixracına yönələn sanksiyalar Koreya Respublikasının iqtisadiyyatına mənfi təsir göstərəcək”, - deyə o bildirib.

Koreya Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Koreya Respublikası və ABŞ rəsmiləri İran neftinə qarşı sanksiyalarda bu ölkəyə güzəşt olunması üçün Nyu-Yorkda müzakirələr aparıb.

Qeyd edək ki, Koreya Respublikası iyun ayından indiyədək İrandan xam neft tədarükünü dayandırıb. Buna səbəb ABŞ noyabrından etibarən İrana qarşı tətbiq edəcəyi yeni sanksiyalardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.