DÜNYA


İranın neft-kimya sənayesinə qarşı yeni sanksiyalar tətbiq olunub

Tehran, 19 iyun, AZƏRTAC

Neft-kimya sənayesinə qarşı tətbiq olunan yeni sanksiyalar ABŞ-ın İrana qarşı psixoloji təzyiqinin nümayişidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Mehr” neft-kimya şirkətinin rəhbəri, İranın Nüvə Enerjisi Agentliyinin sədri Məhəmməd İslami deyib. O bildirib ki, İran neft-kimya məhsullarını dünya bazarına çıxarıb satmaq üçün yeni metodlar axtaracaq.

Qeyd edək ki, ABŞ İranın neft-kimya sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya tətbiq olunanlar siyahısına İranın neft-kimya məhsullarını alan Çin və Birləşmiş Ərəb Əmirliklərinə məxsus 9 şirkət və 2 nəfər fiziki şəxs əlavə olunub. Həmçinin İranın “Triliance Petrochemical” şirkəti ilə əlaqədə olan və Honkonqda qeydiyyatdan keçən 2 şirkətə qarşı da sanksiyalar tətbiq olunub.

Xatırladaq ki, ilk dəfə İranın neft-kimya sənayesinə qarşı sanksiyalar 2018-ci ildə tətbiq edilib. Lakin məhsullarını satmaq üçün sonralar İranda 4 yeni şirkət yaradılıb ki, bunlara qarşı da yeni sanksiyalar tətbiq olunub.

İran Prezidenti İbrahim Rəisinin sözlərinə görə, ABŞ bir tərəfdən sanksiyaları aradan qaldırmaq istiqamətində danışıqlar aparır, digər tərəfdən isə yeni sanksiyalar tətbiq edir ki, bu da onun qərəzli olmasından xəbər verir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.