DÜNYA


İranın neft nazirinə qarşı sanksiya tətbiq olunub

Tehran 16 noyabr, AZƏRTAC

İranın neft naziri Bijən Zəncənənin adı da ABŞ-ın sanksiyalar siyahısına salınıb.

AZƏRTAC xəbər verir ki, nazirlə yanaşı, İranın bir neçə neft şirkətinin rəhbərinə qarşı da sanksiyalar tətbiq olunub.

Məsələyə münasibət bildirən B.Zəncənə deyib ki, ABŞ İranın neft ixracını sıfır səviyyəsinə endirə bilmədiyi üçün adımı sanksiyalar siyahısına əlavə edib.

Onun sözlərinə görə, bu, əhəmiyyətsiz addımdır. Sanksiyaya əsasən, nazirin ABŞ-a səfəri, banklar və şirkətlərlə əməkdaşlığı qadağan edilib.

Qeyd edək ki, B. Zəncənənin “Twitter” hesabı da bağlanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.