İQTİSADİYYAT
İranın neft tankerinə hücumundan sonra dünya bazarında neftin qiyməti 2 faiz bahalaşıb
Tehran, 11 oktyabr, AZƏRTAC
İranın Qırmızı dənizdəki neft tankerinə hücumundan sonra dünya bazarında neftin qiyməti 2 faiz yüksəlib.
AZƏRTAC xəbər verir ki, dünya birjalarında “Brent” markalı xam neftin qiyməti 2,3 faiz artıb və bir barrelin qiyməti 60 dolları ötüb. “Light” markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barrel olub.
Xatırladaq ki, ötən gecə İranın Milli Neft Şirkətinə (NIOC) məxsus “Sabiti” neft tankeri Qırmızı dənizdə hücuma məruz qalıb və gəmidə yanğın baş verib. Tankerin göyərtəsi zədələnib və dənizə neft axıb. İran tərəfi ekologiyaya dəyən ziyana görə məsuliyyətin hücum edənlərin üzərinə düşdüyünü bildirib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]