DÜNYA


İranın nüvə proqramı: AEBA-nın idarəçilər şurası təcili iclas keçirir

Bakı, 10 iyul, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) idarəçilər şurası iyulun 10-da İranın nüvə proqramı ətrafında vəziyyətin müzakirəsi üçün çağırılan xüsusi iclasa başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın sorğusu əsasında çağırılan iclas AEBA-nın Vyana Beynəlxalq Mərkəzi ərazisində yerləşən mənzil qərargahında bağlı qapılar arxasında keçirilir. “BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsi əsasında İran İslam Respublikasında yoxlama və monitorinq prosesi” gündəlikdə duran yeganə məsələdir.

Çoxsaylı xarici jurnalistlərə yalnız iclas başlamazdan əvvəl foto və video çəkməyə icazə verilib. İclasın yekunlarına dair mətbuat konfransı da nəzərdə tutulmayıb. Eyni zamanda, İran nümayəndəsinin iclası jurnalistlər üçün şərh edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.