DÜNYA


İranın nüvə proqramına dair Vyana danışıqları aprelin 20-də davam etdiriləcək

Vyana, 19 aprel, AZƏRTAC

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları aprelin 20-də davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə birgə komissiya öz işini Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moranın sədrliyi ilə keçirəcəkdir. İranla danışıqlarda sazişi imzalayan dövlətlərin ABŞ istisna olmaqla hamısı (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) iştirak edirlər.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell danışıqların növbəti raundundan öncə sazişin xilası istiqamətində göstərilən səylərin gedişatından nikbinlik ifadə edib. Ali Komissar qeyd edib ki, onda yeni razılaşma əldə edə bilmək üçün həm ABŞ, həm də İran tərəfinin “xoş niyyət” göstərdiyi barədə təəssüratlar yaranıb.

Qeyd edilməlidir ki, İran rəsmiləri də ötən həftənin sonunda danışıqlarda irəliləyiş müşahidə olunduğunu və danışıqların düzgün yolda davam etdiyini bildiriblər. Eyni zamanda vurğulanıb ki, bu, Vyana danışıqlarında hələ yekun mərhələyə çatmaq anlamına gəlmir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.