İQTİSADİYYAT


İranın rabitə və informasiya texnologiyaları naziri “Bakutel 2018”də iştirak edəcək

Bakı, 3 dekabr, AZƏRTAC

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cəvad Cəhromi “Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak etmək üçün bu gün Azərbaycan Respublikasına səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Cəvad Cəhrominin dekabrın 4-7-də Bakıda keçiriləcək "Bakutel" sərgisi ilə tanış olacağı və "Kaspian innovasiya konfransında” çıxış edəcəyi gözlənilir. Həmçinin o, Azərbaycan, Türkiyə, Rusiya və İran rabitə nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək, adıçəkilən ölkələrin rabitə nazirləri ilə ikitərəfli görüşlər keçirəcək, əməkdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparacaq.

“Bakutel 2018”də 14 İran şirkəti iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.