DÜNYA


İranın səhiyyə naziri beynəlxalq ictimaiyyəti haqsızlığa göz yumduğuna görə kəskin tənqid edib

Tehran, 14 avqust AZƏRTAC.

İranın səhiyyə naziri Səid Namiqi beynəlxalq ictimaiyyəti haqsızlığa və insan hüquqlarının pozulması hallarına göz yumduğuna görə kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, Səid Namiqi Dünya Səhiyyə Təşkilatının Baş katibi Tedrosu Qebreususa məktub ünvanlayıb. Məktubda qeyd edib ki, İranda bəzi ağır xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının çatışmazlığı yaranıb. Onun yazdığına görə, minlərlə ağır xəstənin müalicəsi çətinləşib. Həmin insanlar müalicə almaq əvəzinə, ölümlərini gözləyirlər. Bu dəhşətli vəziyyəti beynəlxalq aləm sadəcə olaraq görmək istəmir. Vəziyyətin belə həddə çatmasını nazir bəşəriyyətə və insanlığa qarşı cinayət adlandırıb.

Nazir Təşkilatın rəhbərindən ABŞ-ın İranın səhiyyə sahəsinə tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına təsir göstərməsini xahiş edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.