DÜNYA


İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Tehran, 19 aprel, AZƏRTAC

İranın təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyat nəticəsində İranda və regionun digər ölkələrində 290 casus aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib. O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq fəaliyyəti göstərənlər həbs edilib. Digər dövlətlərin təhlükəsizlik orqanları ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələrə əsasən həmin dövlətlərə də məlumat verilərək ərazilərində ABŞ-ın casus şəbəkəsinin olması bildirilib. M.Ələvi dövlətlərin adını sadalamasa da qeyd edib ki, ABŞ-ın casus şəbəkəsi region ölkələrində də geniş fəaliyyət göstərir.

Nazir qeyd edib ki, hazırda həbs olunanlar dindirilir. Yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.