İranın turizm agentliyinin “Instagram” səhifəsində Bakı haqqında videoçarx yerləşdirilib
AzerTAg.az
Tehran, 10 fevral, AZƏRTAC
İranın “Azərgəşt Maleki” Turizm Agentliyinin “Instagram”dakı iran.attraction səhifəsində Bakının turizm məkanları haqqında videoçarx yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Təbriz-Bakı-Təbriz aviareysinin reklamı ilə əlaqədar hazırlanan videoçarxda Bakının gözəl məkanları əks olunub. Sözügedən paylaşımda Azərbaycan və fars dillərində həştaqlar da qoyulub.
Xatırladaq ki, cari ilin yanvar ayından başlayaraq “İran AİR” şirkəti Təbriz-Bakı-Təbriz istiqamətində uçuşlar həyata keçirməyə başlayıb. Reyslər həftənin 1-ci və 4-cü günləri həyata keçirilir. Təyyarə yerli vaxtla səhər saat 09:40-da Təbrizdən Bakıya uçur və həmin gün 19:50-də Bakıdan Təbrizə qayıdır. Birtərəfli biletin qiyməti 115, ikitərəfli isə 215 manatdır. Reyslər ATR tipli təyyarələrlə yerinə yetirilir.
Daha ətraflı məlumatı bu linkdən əldə etmək olar:
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin mətnində orfoqrafik səhv var