DÜNYA


İranın və Rusiyanın Hərbi Dəniz qüvvələri Hind okeanında təlim keçirəcəklər

Tehran, 15 fevral, AZƏRTAC

Fevralın 16-da İranın və Rusiyanın Hərbi Dəniz Qüvvələri (HDQ) Hind okeanının cənub hissəsində birgə hərbi təlim keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın HDQ-nin komandanının müavini Qulamrza Tahanai jurnalistlərə məlumat verib.

O deyib ki, İran Rusiya ilə hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Xüsusi təyinatlıların, helikopterlərin və pilotsuz uçuş aparatlarının da cəlb olunacağı hərbi təlimlər 17 min kvadratmetr ərazini əhatə edəcək.

Təlim zamanı ticarət və sərnişin gəmilərinin şərti terrorçulardan və dəniz quldurlarından qorunması tapşırıqları yerinə yetiriləcək.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.