DÜNYA
İranın xarici işlər naziri BMT-nin baş katibinə məktub ünvanlayıb
Tehran, 12 aprel, AZƏRTAC
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın İran ordusunu terrorçu təşkilat kimi tanıması ilə əlaqədar məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, M.C. Zərif ABŞ-ın bu addımının bütün beynəlxalq qanunlara zidd olduğunu bildirib. Nəzərə çatdırıb ki, rəsmi Vaşinqton təhlükəli və nəzarət oluna bilməyəcək hadisələrin başlamasına rəvac verir. İran İslam İnqilabı Keşikçiləri Korpusu daim terrorla mübarizə apararaq nailiyyətlər əldə edib.
M.C. Zərif baş verə biləcək neqativ hadisələrə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirərək baş katibdən BMT Təhlükəsiz Şurasının iclasının çağırılmasını və bu məsələnin müzakirəyə çıxarılmasını xahiş edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran