DÜNYA


İranın xarici işlər naziri Moskvaya səfər edəcək

İranın xarici işlər naziri Moskvaya səfər edəcək

Moskva, 23 mart, AZƏRTAC

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə məlumat verib.

Mariya Zaxarova bildirib ki, İranın xarici işlər naziri martın 29-da Moskvaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Rusiya XİN başçısı Sergey Lavrov ilə görüşəcək. Tərəflər İranın nüvə proqramı, Suriya, Əfqanıstan, Cənubi Qafqazda vəziyyət, Xəzər dənizi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Rusiya və İran Avrasiya İqtisadi İttifaqında azad ticarət haqqında sazişin imzalanması prosesi, birgə nəqliyyat və energetika layihələrini də nəzərdən keçirəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.