İQTİSADİYYAT


İranla Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq

Tehran, 10 dekabr, AZƏRTAC

İran ilə Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai deyib. O bildirib ki, dekabrın 3-də Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara alınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun.

Qeyd edək ki, İran ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib ki, bu da öz növbəsində yük və sərnişinlərin daşınmasının yeni mərhələyə qədəm qoyması tələbatını yaradıb. Hazırda İranın bu hava limanı Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq edərək yük və sərnişindaşıma həyata keçirir. İranın Əlborz vilayəti isə Tehranın yaxınlığında yerləşir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.