İDMAN


İranlı Alireza Firuzca super turnirdə liderliyi ələ alıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Norveçin Stavanger şəhərində şahmat üzrə super turnir davam edir.

AZƏRTAC xəbər verir ki, iranlı Alireza Firuzca (Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynanır) turnirdə liderliyi ələ alıb. Belə ki, turnirin 6-cı turunda A.Firuzca norveçli Aryan Tarini məğlub edib.

Dünya çempionu norveçli Maqnus Karlsen isə polşalı Yan Kşiştovdan, amerikalı Fabiano Karuana erməni Levon Aronyandan üstün olublar.

Altı turdan sonra A.Firuzca 13 xalla birinci yerdədir. M.Karlsen isə 12 xalla sonrakı pillədə qərarlaşıb.

Altı şahmatçının iştirakı ilə keçirilən turnir oktyabrın 16-dək davam edəcək.

Stavangerdəki şahmat turniri 2013-cü ildən keçirilir. Bundan əvvəl keçirilmiş yarışın qalibi Maqnus Karlsen olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.