DÜNYA


İranlı ana beşəm uşaq dünyaya gətirib

Tehran, 17 aprel, AZƏRTAC

İranın Fars əyalətindəki Lamərd şəhərində 22 yaşlı qadın hamısı oğlan olmaqla beşəm uşaq dünyaya gətirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. Qeyd olunub ki, ana özünü çox yaxşı hiss edir. Uşaqlar isə hələlik xəstəxanada həkim nəzarətindədir. Həkimlər qeyd edirlər ki, bir həftədən sonra körpələr evə buraxılacaq.

Sürücü işləyən körpələrin atası bildirib ki, 5 uşağın birdən olacağını gözləmirdi. O yeni və daha çox gəliri olan iş axtarışında olduğunu bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.