DÜNYA
İranlı deputatlar parlamentin iclasına hərbi formada gəliblər
Tehran, 9 aprel, AZƏRTAC
Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər.
AZƏRTAC xəbər verir ki, bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. “Sepah”ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti “Sepah”ı dəstəkləyir və hər zaman onun yanında olacaq. İran ordusunun əsasını təşkil edən “Sepah” regionda terrora qarşı mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirib.
Xatırladaq ki, dünən axşam ABŞ Prezidenti Donald Tramp “Sepah”ın xarici terror təşkilatları siyahısına salındığını bəyan edib. Bunun ardınca isə İran ABŞ ordusunu terror təşkilatı, əsgərlərini isə terrorçu elan edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]