MƏDƏNİYYƏT


İranlı dirijor Bakı teatrında iki tamaşanı idarə edəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 23 və 24-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin iki əsəri – “Arşın mal alan” və “O olmasın, bu olsun” operettası əsasında səhnələşdirilən tamaşalar təqdim edəcək. Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək səhnə əsərlərinin xüsusi özəlliyi var. Belə ki, nümayiş olunacaq hər iki tamaşanı İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, dirijor Bərdia Kiyarəs idarə edəcək.

Bu sözləri AZƏRTAC-a sənət ocağının mətbuat katibi Samir Sədaqətoğlu deyib.

“Bir müddətdir Bakıda olan məşhur dirijorun teatrda orkestr və aktyorlarla kollektiv məşqləri keçirilir. Yaradıcı kollektiv bütün gücü ilə məşq prosesində iştirak edir. Tamaşanın nümayişində yerli sakinlərlə yanaşı, şəhərimizin qonağı olan hər kəs iştirak edə bilər”,-deyə S.Sədaqətoğlu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.