CƏMİYYƏT


İranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub

Bakı, 20 mart, AZƏRTAC

Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üstündən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. T.Mahmudov ifadəsində narkotik vasitəni vatsap sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı “İsa” adlı İran vətəndaşından aldığını bildirib. Belə ki, həmin iranlı narkotacir tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən T.Mahmudov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.