İQTİSADİYYAT


İranlı nazir: Xəzər İnnovasiya Konfransı Şərq və Qərb arasında körpü rolunu oynayır

Bakı, 5 dekabr, AZƏRTAC

Xəzər İnnovasiya Konfransı Şərq və Qərb arasında körpü rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında deyib.

O bildirib ki, Bakıda keçirilən bu əhəmiyyətli konfrans regionun potensialını ortaya çıxaracaq. Azərbaycan, Türkiyə, Rusiya və İran arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, innovasiya tətbiqlərinin genişləndirilməsi qlobal əhəmiyyət daşıyır. Bu dörd dövlət regionda stratapların təşkil edilməsində də mühüm addımlar ata bilər.

Nazir, həmçinin qeyd edib ki, Bakıda keçirilən "Bakutel-2018" sərgisi texnologiya sahəsində iqtisadi münasibətlərin inkişafına, qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin şirkətlər üçün də yeni müstəviyə çıxarılmasına təkan verən bir sərgidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.