DÜNYA


İranlı nazirin kürəkəni iqtisadi cinayətkarlıqda ittiham edilir

Tehran, 15 may, AZƏRTAC

İranın İnvestisiya Bankının rəhbəri Hadi Rezayi rüşvət almaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

AZƏRTAC xəbər verir ki, H.Rezayinin və daha 30 nəfərin Tehranda keçirilən məhkəmə prosesi davam edir. Tehranın prokuroru Rəsul Qəhramani bildirib ki, Hadi Rezayi 2012-ci ildən 2015-ci ilə kimi bankdan 1,07 trilyon rialı (25,5 milyon dollar) qanunsuz yollarla başqa hesablara keçirərək mənimsəyib. Mənimsənilən pullarla H.Rezayi İranda və xarici ölkələrdə bahalı avtomobillər və daşınmaz əmlak alıb.

Qeyd edək ki, H.Rezayi İranın əmək, kooperasiya və əhalinin sosial müdafiə naziri Məhəmməd Şəriətmadərinin kürəkənidir.

İran qanunlarına əsasən bu tip cinayətlərə görə məhkəmə tərəfindən edam hökmü çıxarıla bilər.

Hələlik məhkəmə prosesi davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.