CƏMİYYƏT


İranlıdan narkotik vasitə alan Şamaxı rayon sakinləri saxlanılıblar

İranlıdan narkotik vasitə alan Şamaxı rayon sakinləri saxlanılıblar

Bakı, 20 may, AZƏRTAC

İranlıdan satış məqsədilə narkotik vasitə alan Şamaxı rayon sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq güclü narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla satış məqsədilə aldıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.