DÜNYA


İraq ABŞ və Çinin neft nəhəngləri ilə 53 milyard dollarlıq müqavilə imzalayacaq

Bakı, 8 may, AZƏRTAC

İraq hökuməti ABŞ “ExxonMobil” və Çinin “PetroChina” şirkəti ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Adel Əbdül-Mehdi deyib.

O bildirib ki, meqa layihə üzrə razılaşmanın müddəti 30 il olacaq və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə ediləcək. Müqavilə İraqın cənubundakı 2 neft yatağının – “Nahr Bin Umar” və “Artavi”nin işlənməsinin inkişaf etdirilməsini nəzərə tutur. Yataqlarda neft istehsalının həcminin gündəlik 125 min barreldən 500 min barrelə çatdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.