DÜNYA


İraq, İran və Türkiyə XİN-in rəhbərləri kürdləri referendumdan imtinaya çağırırlar

Bakı, 21 sentyabr, AZƏRTAC

İraq, İran və Türkiyənin xarici işlər nazirləri İbrahim əl-Cəfəri, Cavad Zərif və Mövlud Çavuşoğlu BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyası çərçivəsində keçirdikləri üçtərəfli görüşün nəticəsinə əsasən İraq Kürdüstanını müstəqillik referendumundan imtina etməyə çağıran bəyanat qəbul ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bəyanatda İraqın ərazi bütövlüyü dəstəklənir, referendumun İraqın İŞİD-ə qarşı mübarizədə əldə etdiyi nailiyyətləri böyük risk altında qoyduğu və regionda yeni münaqişələrə səbəb ola biləcəyi vurğulanır. Tərəflər İraqın kürd administrasiyasının rəhbərliyinə referendumdan imtina etmək barədə müraciət ünvanlanmağı və bu məsələdə müştərək cavab tədbirləri görməyi qərara alıblar.

Hər üç ölkənin xarici işlər nazirləri, həmçinin İraqda İŞİD qruplaşması ilə mübarizəni və regionlarında vəziyyətin sabitləşməsi üzrə səyləri də müzakirə ediblər.

Xatırladaq ki, mərkəzi hökumətin tələblərinə məhəl qoymayan İraq Kürdüstanı muxtariyyətinin rəhbərliyi müstəqillik barədə referendumu sentyabrın 25-nə təyin edib. Bağdad referendumu qanunsuz sayır və parlament onun keçirilməsinin əleyhinə səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.