DÜNYA


İraq Kürd Regional Rəhbərliyi İrana neft ixracını dayandırıb

Bakı, 16 fevral, AZƏRTAC

İraq Kürd Regional Rəhbərliyi (İKRR) İrana neft ixracını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İKRR-in Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İKRR-dən İrana neft ixracı dayandırılıb. Nazirlik tərəfindən hazırlanan və İKRR ilə İran arasındakı 3 gömrük idarəsinə göndərilən qərara görə, əvvəllər sərhəddən xam neft və təbii qaz kondensatı ixrac edən şirkətlərə artıq icazə verilməyəcək.

Qərarın fevralın 15-dən qüvvədə olduğu, Hacı İmran, Pərvizxan və Başmax sərhəd-keçid məntəqələrində tətbiq edildiyi bildirilir.

Nazirlik qərarın nə vaxta kimi qüvvədə olacağı barədə məlumat yaymayıb.

Qeyd edək ki, İKRR-də gündəlik 420 min barrel neft istehsal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.