DÜNYA


İraq Parlamenti Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması barədə qərar qəbul edib

Bakı, 25 sentyabr, AZƏRTAC

İraq Parlamenti Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və Kürdüstan muxtar qurumunun müstəqilliklə bağlı keçirdiyi referendumda səs verən məmurların işdən kənarlaşdırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Hakim Zamili Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətə qaytarılması və referendumda səs verən dövlət məmurlarının işdən çıxarılması barədə qərar verildiyini deyib. O, bu qərarın təhlükəsizlik və digər bürokratik sahələrdə çalışan bütün məmurları əhatə edəcəyini bildirib.

İraq Parlamenti daha öncə Kərkükdə və digər mübahisəli bölgələrdə əsgərlərin yerləşdirilməsi barədə qərar qəbul etdiyini açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.