DÜNYA


İraq Prezidenti Roma Papasını Bağdada dəvət edib

Roma, 4 yanvar, AZƏRTAC

Vatikanın “L'Osservatore Romano” qəzetinin məlumatına görə, İraq Prezidenti Bərham Salih Roma Papası Fransiski Bağdada dəvət edib.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Milad bayramında İraqın dövlət başçısı tərəfindən Bağdadın “Sülh sarayı”nda qəbul edilib.

Papanın dəvəti Ərbil şəhərində yerləşən “Gildani” kafedral kilsəsi tərəfindən dəstəklənib. Bildirilir ki, bu xüsusda “Yaşasın Roma Papası!” sədaları bir neçə dəfə səslənib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.