Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İraq Respublikasının Prezidenti Fuad Məsumdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, prezidentliyinizin növbəti dönəmində qardaş ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənəcək.

Ən dərin hörmətlə,

 

Fuad Məsum

İraq Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin