DÜNYA
İraq hərbiçiləri Ər-Rutb şəhərini İŞİD terrorçularından təmizləyiblər
Bakı, 25 oktyabr, AZƏRTAC
İraqın Ənbər vilayətində aparılan əməliyyatlara komandanlıq edən İsmayıl əl-Mahlyaui Ər-Rutb şəhərindən İŞİD terrorçularını tamamilə təmizlədiklərini bildirib. Bu barədə “Əl-Sumaria” telekanalı məlumat yayıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin hərbi hava qüvvələri koalisiya aviasiyasının dəstəyi ilə 40 İŞİD döyüşçüsünü zərərsizləşdirib, qruplaşmaya məxsus 14 nəqliyyat vasitəsini məhv edib. Hazırda şəhər hökumət qüvvələrinin nəzarətindədir.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, terrorçular şəhər administrasıyasının binasını tərk etməzdən əvvəl idarənin beş əməkdaşını öldürüb və binanı partladıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]