DÜNYA


İraq hökuməti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə başlayıb

Tehran, 22 may, AZƏRTAC

İraq hökuməti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik missiyasını həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi Bağdad xüsusi olaraq iki nümayəndə heyəti hazırlayaraq birini Tehrana, digərini isə Vaşinqtona göndərib.

“Əl-Cəzirə” televiziyası bildirib ki, nümayəndə heyətləri tərəfləri yeni danışıqlara başlamağa razı salmalıdır. İraqın Baş naziri Ədil Əbdül bildirib ki, İraq vasitəçilik missiyasını öz üzərinə götürüb və bölgədəki vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır. Baş nazir diqqətə çatdırıb ki, tərəflər rəsmi qaydada bəyan ediblər ki, müharibə etmək istəmirlər. Belə olan halda tərəflər arasındakı münasibətlərin yumşalması imkanı var və bundan istifadə etmək lazımdır.

İrana gələn nümayəndə heyəti artıq Tehranda bir sıra görüşlər də keçirib. Bu görüşlərdə mətbuat nümayəndələri iştirak etməyib.

Vaşinqtona gedən heyətin fəaliyyəti haqda hələlik məlumat yoxdu.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.