DÜNYA


İraq iqtisadiyyatı OPEC üçün təhlükə yarada bilər

Bakı, 28 oktyabr, AZƏRTAC

Aşağı neft qiymətləri və hasilatın azaldılması ilə iqtisadiyyatı sarsılan İraq maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün “OPEC+”a vəd etdiyi istehsal məhdudiyyətləri üzrə öhdəliklərini yerinə yetirməyə bilər.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük neft ixracatçılarından biri olan İraq koronavirus epidemiyası fonunda enerji tələbatının azalması nəticəsində iqtisadi cəhətdən çətin vəziyyətdədir. Maliyyə vəziyyəti heç də yaxşı olmayan İraq müəllimlərə və məmurlara maaşlarını verə bilmir. Bu, keçən il hökuməti devirən qiyam kimi ictimai hərəkatların yenidən ortaya çıxa biləcəyinə dair narahatlıqları artırır.

“OPEC+” isə onsuz da “kövrək” olan enerji bazarını yaxşılaşdırmaq üçün neft hasilatı məhdudiyyətlərini artırmağa çalışır və buna görə İraq kimi istehsalçıların öhdəliklərə sadiq qalması lazımdır. İraq üçün isə hasilatın azaldılmasının iqtisadi və siyasi xərcləri çox yüksəkdir. Ancaq vəziyyəti dəyişdirmək isə həm də hər kəs üçün daha aşağı neft qiyməti riskini artırır.

İraqlılar hökumətin əvvəlcə xalqı düşünərək daha çox neft istehsal etməsini istəyirlər. Lakin İraq kimi böyük neft istehsalçısı hasilat məhdudiyyətləri üzrə müqaviləni pozarsa, başqalarının istehsal məhdudiyyətlərinə riayət etməsinə imkan verən sistem qalmaz.

İraqın da daxil olduğu və “OPEC+” koalisiyasının digər üzvləri arasında aprel ayında imzalanan müqaviləyə görə, OPEC-ə üzv ölkələr və Rusiya gündəlik neft hasilatını gündəlik təxminən 1 milyon barrel azaldır ki, bu da təqribən 40 milyon dollar deməkdir. Əsas fikir isə qiymətlərin artmasının ixracdakı itkini kompensasiya edəcəyi idi. Neft qiymətləri aprel ayından bəri iki dəfədən çox artaraq 40 dollar/barrel civarına çatıb. Lakin bu il ötən ilə görə hələ də 40 faiz aşağıdır.

Digər tərəfdən İraq hökuməti büdcənin maliyyə yükünü ödəmək üçün bu qiymət səviyyələrindən daha yüksək həddə ehtiyac duyur. Hazırda ayda 3 milyard dollar olan hökumətin gəliri keçən ildəki göstəricinin demək olar ki, yarısına bərabərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.