DÜNYA


İraq: kürd referendumunun keçirilməsində iştirak edən məmurlar işdən çıxarılacaq

Bakı, 25 sentyabr, AZƏRTAC

Bu gün İraq parlamenti kürd regionunun müstəqilliyi haqqında referendumun keçirilməsində iştirak edən məmurların və dövlət qulluqçularının işdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Sky News Arabia telekanalının yaydığı məlumata görə, sənəd, həmçinin referenduma cəlb olunmuş vəzifəli şəxslərə əməkhaqqı ödənilməsinin dayandırılmasını, həmçinin onların bütün imtiyazlardan məhrum edilməsini nəzərdə tutur. Parlamentdəki kürd fraksiyası onun sessiyalarını boykot edir və iclasa qatılmayıb.

Bundan əvvəl deputatlar İraq Kürdüstanı rəhbərliyinin qanunsuz referendum keçirməsinə cavab olaraq kürd regionu ilə bütün sərhəd terminallarının bağlanması qərarına səs veriblər. Buna qədər isə mərkəzi hökumət onlardan aeroportlar da daxil olmaqla, sərhəd-keçid məntəqələrinin Bağdadın nəzarətinə verilməsini tələb ediblər.

Xatırladaq ki, İraq rəhbərliyinin və bir çox dövlətlərin, xüsusən Türkiyə və İranın kəskin etirazlarına baxmayaraq, kürd regionunun hakimiyyət orqanları referendum qərarından geri çəkilməyiblər. ABŞ və bir sıra Avropa ölkələri də hesab edirlər ki, hazırkı mərhələdə referendum keçirilməsi yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.