CƏMİYYƏT
İraq mətbuatı ordumuzun uğurlarından yazıb
Bağdad, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “Almuraqeb-aliraqi” informasiya portalında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə münaqişənin səbəbləri və erməni işğalı barədə geniş məlumat verilib.
Nəzərə çatdırılıb ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 30 il müddətində heç bir irəliləyişə nail ola bilmədi. Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsi haqqında BMT-nin 4 qətnaməsində baxmayaraq Ermənistandan heç bir addım atmayaraq beynəlxalq qanunları inkar edir.
Ermənistan silahlı qüvvələri cari ilin iyul ayında Tovuz rayonunu ağır artilleriyadan atəşə tutdu, sentyabrın 27-də isə cəbhə xəttini keçməyə cəhd etdi və Azərbaycan ordusunun müqavimətinə rast gəldi. Əks-hücum əməliyyatı keçirmək məcburiyyətində qalan Azərbaycan ordusu bir sıra rayon və kəndləri işğaldan azad etdi.
Materialda qeyd olunur ki, ermənilər həmişə olduğu kimi yenə də mülki şəxsləri və iaşə müəssisələrini atəşə tutur və nəticəsində dinc insanlar həlak olur. Ermənilərin Gəncə və Bərdə şəhərlərindəki yaşayış massivlərini raket atəşinə tutması uşaq, qadın və qocaları qətlə yetirmələri buna sübutdur.
Məqalədə Azərbaycan ordusunun uğurları və Ermənistanın dalana dirənməsi barədə ətraflı təhlil aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad