DÜNYA


İraq neft ixracını artırıb

Bakı, 1 noyabr, AZƏRTAC

İraqın neft ixracı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraq oktyabrda təxminən 107,53 milyon barrel xam neft ixrac edib. Bu göstərici sentyabrla müqayisədə 0,68 nisbətində artıb. Belə ki, sentyabrda ölkədən 106,8 milyon barrel neft ixrac olunub.

İraqın gündəlik neft ixracı oktyabr ayında təxminən 3,47 milyon barrel təşkil edib. Sentyabrda bu göstərici 3,56 milyon barrel olub. Ötən ay bir barrel neftin orta qiyməti 74,91 dollar, sentyabrda isə 74,15 dollar təşkil edib. Oktyabrda neft gəlirləri 7,91 milyard dollar olub.

Qeyd edək ki, İraq Səudiyyə Ərəbistanından sonra OPEC-in ikinci ən böyük neft istehsalçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.