DÜNYA


İraq ordusu Telafer şəhərinin Kifah-el Şimali bölgəsini və neft emalı zavodunu İŞİD-dən azad edib

Bakı, 22 avqust, AZƏRTAC 

İraq ordusu İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib və nəticədə Mosulun Telafer şəhərində neft emalı zavodunu ələ keçirib.

AZƏRTAC xəbər verir ki, İraq Silahlı Qüvvələrinin sözçüsü Abdullemir Muhammedavinin məlumatına görə, ordu, həmçinin Telafer şəhərinin Kifah-el Şimali bölgəsini və bir neçə kəndi də İŞİD-dən azad edib.

Qeyd olunub ki, İraq təhlükəsizlik qüvvələri çətinliklə olsa da İŞİD-in müqavimət xəttini qıra bilib və bölgəyə nəzarəti ələ keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.