DÜNYA


İraq və Səudiyyə Ərəbistanı OPEC-in qərarlarına sadiqdirlər

Bakı, 11 noyabr, AZƏRTAC

İraq və Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarlarına sadiq qaldıqlarını təkrarlayıblar.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadla xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazımi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman OPEC-in qərarlarına sadiq olduqlarını bir daha vurğulayıblar.

Videokonfrans vasitəsilə keçirilən görüşdən sonra edilən birgə bəyanatda tərəflər enerji sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi ilə OPEC və qeyri-OPEC neft istehsalçısı ölkələrdən ibarət “OPEC+”un neftlə bağlı əlaqələndirməsinin vacibliyini qeyd ediblər.

Tərəflər qlobal neft bazarında həm ixracatçılar, həm də istehlakçılar üçün ədalətli və əlverişli neft qiymətləri müəyyənləşdirmək üçün razılaşdırılmış bütün qərarlara sadiq olduqlarını təkrarlayıblar.

Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.