DÜNYA


İraqda bərə qəzası nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb

Bakı, 22 mart, AZƏRTAC

İraqın şimalında Dəclə çayında baş verən bərə qəzası nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Rudaw telekanalının yaydığı məlumata görə, faciə ilə əlaqədar ölkədə milli matəm elan edilib.

İlkin versiyaya əsasən, qəzaya bərənin həddən artıq yüklənməsi səbəb olub. Ərəb telekanalları 75 sərnişin üçün nəzərdə tutulan bərəyə 170-250 nəfərin mindiyini bildirirlər. Ölənlərin çoxu üzməyi bilməyən uşaqlar olub.

Mülki müdafiə idarəsinin baş direktoru Kazım Bayxan 61 nəfərin xilas edildiyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.