DÜNYA


İraqda koronavirus xəstəxanasında yanğın nəticəsində ölənlərin sayı 77-yə çatıb

Bakı, 13 iyul, AZƏRTAC

İraqın Di-Qar əyalətinin En-Nəsiriyə şəhərində koronavirus xəstəxanasında yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Hadath telekanalı İraq mənbələrinə istinadla məlumat yayıb.

Yanğın bazar ertəsi günü axşam saatlarında baş verib. Yanğına oksigen balonunun partlaması səbəb olub. Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri istefa verib. İraqın səhiyyə naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib, faciənin səbəblərini təhqiq etmək üçün xüsusi komissiya yaradılması barədə tapşırıq verib.

Bu, iraqda koronavirus xəstələri ilə bağlı ilk belə hadisə deyil. Aprelin 24-də Bağdaddakı “İbn əl-Xatıb” xəstəxanasında baş verən yanğımda 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.