DÜNYA


İraqda kütləvi aksiyalar davam edir

Tehran, 26 yanvar, AZƏRTAC

Bu gün İraqın bəzi şəhərlərində kütləvi aksiyalar davam edib və polislə toqquşma baş verib.

AZƏRTAC xəbər verir ki, Bağdad, Bəsrə və Nasiriyə şəhərlərində təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında baş verən toqquşmada 30 aksiyaçı güllə yarası alıb. Hökumət binalarına daxil olmağa çalışan aksiyaçılar polisin müqaviməti ilə qarşılaşıblar. Hazırda kütləvi aksiyalar davam edir.

İki aydır ki, İraqda ictimai-siyasi sabitlik pozulub. Əhali korrupsiyaya qarşı etiraz edərək küçələrə çıxmışdı. Lakin sonrada ABŞ-ın hərbi hissələrinin ölkədən çıxarılmasını tələb etməyə başladılar. İraq Prezidenti Bəhram Salehi əhalini sakitləşdirməyə çalışsa da, sabitliyi bərpa edə bilmədi.

Bugünkü aksiya iştirakçıları da ABŞ hərbçilərinin ölkədən çıxmasını tələb edirlər.

Aksiyalar başlayandan bu günə kimi İraqda 600 nəfər ölüb, 50 mindən çox adam isə yaralanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.