DÜNYA


İraqda siyasi vəziyyət daha da gərginləşib

Bağdad, 31 iyul, AZƏRTAC

İraq parlamenti etirazçılar tərəfindən zəbt edildikdən sonra ölkədə siyasi gərginlik yaranıb.

AZƏRTAC xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazımi xəstəxanalardan başqa bütün dövlət qurumlarının fəaliyyətini dayandırdığını bəyan edib. O, siyasi və dini qrupları dialoqa çağırıb.

Etirazçılar Baş nazirinin istefa verməsini və yeni Baş nazirin seçilməsini tələb edirlər.

İraq mətbuatı yazır ki, başqa dövlətlərin İraqın daxili işlərinə qarışması nəticəsində daxili siyasi mübarizə gərgin xarakter alıb. Siyasi partiya və dini qruplaşmalar konsensus əldə edib yeni hökumət qura bilərlər. Lakin kənar qüvvələrin İraq uğrunda mübarizəsi gərginləşdikcə, daxili qüvvələrin də siyasi hakimiyyət uğrunda mübarizəsi gərgin xarakter alır və dialoq arxa plana keçib.

Hələlik etirazlar davam edir və siyasi qüvvələr danışıqlar masası arxasında oturmaq fikrində deyillər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.