DÜNYA


İraqda terrorçu qruplaşma məhv edilib

Tehran, 8 sentyabr, AZƏRTAC

İraqın təhlükəsizlik qüvvələri Kərkük vilayətində antiterror əməliyyatı keçirərkən terrorçuların müqaviməti ilə qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi, general Yəhya Rəsul məlumat verib. O bildirib ki, terrorçu qruplaşmalar İraqın heç bir vilayətini nəzarət altında saxlamaq imkanına malik deyillər. Lakin həmin qruplar bəzi vilayətlərdə gizlənib ara-sıra terrorçuluq fəaliyyəti göstərirlər. Bunun qarşısını almaq məqsədilə keçirilən antiterror əməliyyatı nəticəsində Kərkük vilayətində terrorçu qruplaşma aşkarlanıb.

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən silahlı toqquşmada 10 silahlı məhv edilib. Hazırda Kərkük vilayəti terroçulardan tam təmizlənib.

Qeyd edək ki, terrorçu qruplaşmalar təxribat törətmək üçün ABŞ ordusunun İraqdakı hərbi hissələrinə də hücumlar təşkil edirdi.

General bildirib ki, antiterror əməliyyatları İraq ərazisi terrorçulardan tam təmizlənənə qədər davam edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.