DÜNYA


İraqda yeddi terrorçu zərərsizləşdirilib

Bakı, 24 avqust, AZƏRTAC

Türkiyə Hava Qüvvələri Komandirliyinə məxsus döyüş təyyarəsi İraqın şimalında yerləşən Hakurk bölgəsində separatçı terror təşkilatı üzvlərinə qarşı hava əməliyyatları keçirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı 7 terrorçu zərərsizləşdirilib. Bundan başqa, “Doçka” adlı bir zenit qurğu və silah-sursat depoları da məhv edilib.

Vəzifələrini uğurla yerinə yetirən qırıcılar təhlükəsiz şəkildə bazalara qayıdıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.