ELM VƏ TƏHSİL
İraqın Azərbaycandakı səfiri Turizm və Menecment Universitetində olub
Bakı, 20 aprel, AZƏRTAC
İraqın ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov ilə görüşüb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor qonağa rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazandığı uğurlar, təhsil və əməkdaşlıq çərçivəsində xarici əlaqələrin inkişaf istiqamətləri və hədəfləri barədə məlumat verib.
Görüşdə təhsil üzrə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparilib.
Universitetin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdə diplomat beynəlxalq münasibətlər sistemində İraqın rolu və yeri, Azərbaycan–İraq münasibətləri və İraq tarixi haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.
Sonra səfir ATMU-da yeni açılan “Dil mərkəzi”nin fəaliyyəti ilə tanış olub.